Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Ölkə rəhbərinin xalqımızın xoşbəxt və firavan yaşaması üçün yorulmadan çalışması bizim sabaha olan imamımızı daha da artırır

0

  •     Prezidentin koronavirusla mübarizə sahəsində görülən tədbirlər və sosial-iqtisadi vəziyyətlə bağlı 6 avqust 2020-ci il tarixdə keçirdiyi müşavirədə toxunduğu mövzular günümüzün reallıqlarını tam şəkildə əhatə edir. Pandemiyaya qarşı mübarizənin müsbət nəticələri, hal-hazırda ölkəmizdə sosial dəstək layihələrinin icra olunması vəziyyəti, ünvanlı dövlət sosial yardımları, sosial xidmətlər, aztəminatlı ailələrə ərzaq paylarının verilməsi, qeyri-formal işləyən şəxslərlə daima müqavilələrin bağlanması, iqtisadiyyat sahəsində görülmüş işlər, həmçinin karantin tədbirlərinin yumşaldılması ilə bağlı ölkəmizdə görülmüş işlər təqdirə layiqdir.     Dünyanın ağır pandemiya ilə üz-üzə qaldığı, dövlətlərin iqtisadi cəhətdən zəiflədiyi bir vaxtda Prezident İlham Əliyevin Sərəncamı ilə əhalinin rifahının daha da yaxşılaşdırılması üçün hazırlanan sosial paketlərdə bütün təbəqədən olan insanların payı var. Bildiririk ki, prezidentin apardığı daxili və xarici siyasəti dəstəkləyir, bu istiqamətdə görülən işlərdə ona uğurlar arzulayırıq. Ölkə rəhbərinin Azərbaycan xalqının xoşbəxt və firavan yaşaması, həmçinin sağlamlığımızın qorunması üçün yorulmadan çalışması bizim sabaha olan imamımızı daha da artırır. Dünyanı cənginə alan "Covid-19" pandemiyası təəssüf ki, Azərbaycandan da yan keçməyib. Lakin Prezidentin uzaqgörənliyi sayəsində ölkəmizdə bu virusa qarşı mübarizə çox yüksək səviyyədə təşkil olunub. Qısa zaman ərzində əhalinin sağlamlığının qorunması ön plana çəkilib. Azərbaycan pandemiyaya qarşı görülmüş tədbirlərə görə dünya ölkələri sırasında nümunəvi ölkə kimi dəyərləndirilir. Bu da birbaşa ölkə başçısının səyi əsasında reallaşıb. Ölkədə görülən qabaqlayıcı tədbirlər nəticəsində ölkə olaraq müsbət nəticələr əldə etməyimiz vətəndaşların da diqqətindən kənarda qalmayıb. Bütün bunlara görə Prezident İlham Əliyevə öz dərin minnətdarlığımızı bildirir, bu istiqamətdə uğurlar arzulayırıq.Vəliyəddin Quliyev,Şəhid atası
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    KateqoriyaSiyasət
    Yerləşdirdi
    Yerləşdirildi4 il öncə
    İzlənib48 dəfə
    Ölkə rəhbərinin xalqımızın xoşbəxt firavan yaşaması üçün yorulmadan çalışması bizim sabaha olan imamımızı daha da artırır

    Maraqlı gələ bilər
    40
    60
    45
    34